Xiaomi Indel B Car Refrigerator avtomobil soyuducusunu təqdim edib


Digərləri 30 Avq 2019 08:46:00 279 0

Xiaomi Indel B Car Refrigerator avtomobil soyuducusunu təqdim edib

Soyuducunun iş qüvvəsi 45 Vt, minimum temperaturu 18 dərəcə təşkil edir

Xiaomi Indel B Car Refrigerator avtomobil soyuducusunu təqdim edib, soyuducunu istehsal edən Indel B şirkəti bu günəcən minik avtomobilləri, furqonlar və yük maşınları üçün 40 ildən çox soyuducu istehsal edib. Şirkət Volvo, Scania, Daf, Iveco, Renault və s. kimi şirkətlər üçün təchizatçıdır.

Son.az ted.az-a istinadən bildirir ki, avtomobil soyuducusu Indel B Car Refrigerator 12 L həcmi ilə xarakterizə olunur, daxili daimi cərəyan kompressoru var. Quraşdırmada alman soyutma texnologiyasından istifadə edilib. Soyuducunun iş qüvvəsi 45 Vt-a bərabərdir. Bundan başqa, soyuducunun mühərriki bütün vaxt işləməməlidir, buna görə belə enerji istehlakı yalnız kompressoru yandırdıqda baş verir.

Soyuducunun minimal soyutma temperaturu 18 dərəcə təşkil edir. Soyuducu quraşdırılmış intellektual temperatur nəzarət sistemi ilə təchiz edilir ki, bu da onun içindəki təzə məhsulları uzun müddətli səfər zamanı saxlamağa imkan verir.

Yuxarı paneldə idarəetmə paneli yerləşir ki, burada enerji, temperaturun qalxması və aşağı düşməsi düymələri, həmçinin iş temperaturunu göstərən LCD displey var. Max və Eco rejimləri də mövcuddur. Avtomobil işləyərkən Max rejimini istifadə edə bilərsiniz. Digər hallarda, Eco rejimini istifadə etmək məsləhət görülür.

(adsgarden = window.adsgarden || []).push({});