Google hesablarına barmaq izi ilə giriş dönəmi başlayır


Digərləri 30 Avq 2019 08:35:00 363 0

Google hesablarına barmaq izi ilə giriş dönəmi başlayır

Texnologiya dünyasının aparıcı adlarından olan Google istifadəçilərin veb-saytlarında hesablarına daxil olmalarını asanlaşdırmaq üçün yeni bir üsul tətbiq edib.

Son.az ted.az-a istinadən bildirir ki, bu özəllik sayəsində istifadəçilər Google xidmətindən istifadə edərək barmaq izləri ilə saytlara asanlıqla daxil ola biləcəklər. Özəllikdən faydalanmaq üçün bu texnologiyanı dəstəkləyən bir telefondan istifadə olunmalıdır.

Bəs görəsən Google barmaq izlərini qeydə alırmı?

Google-dan yayılan açıqlamada barmaq izinin Google serverlərinə göndərilmədiyi bildirilib: "Barmaq izləri yalnız cihazda qeydə alınır və Google serverlərinə yalnız barmaq izinin düzgün olub-olmadığına dair kriptoqrafik təsdiq göndərilir". Bu özəllik hazırda Google Pixel cihazlarında aktivdir.

(adsgarden = window.adsgarden || []).push({});