Tramp Polşa səfərini təxirə salıb


Dünya 30 Avq 2019 08:22:00 206 0

Tramp Polşa səfərini təxirə salıb

ABŞ Prezidenti Donald Trampın Polşaya nəzərdə tutulan rəsmi səfəri Florida ştatının sahillərinə doğru yaxınlaşan "Dorian" qasırğasına görə təxirə salınıb.

Son.az Trend-ə istinadən bildirir ki, Varşavada ABŞ nümayəndə heyətinə rəhbərliyi vitse-prezident Mayk Pens edəcəkdir.

Qeyd olunub ki, qasırğa 2 sentyabr, çərşənbə axşamı günü Florida sahillərinə çatmalıdır.

Xatırladaq ki, D.Tramp Polşaya sentyabrın 1-də Varşavada keçiriləcək İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün səfər edəcəkdi.