Yenilənmiş Honda CRV krossover payızda satışa çıxarılacaq


Digərləri 30 Avq 2019 08:05:00 230 0

Yenilənmiş Honda CRV krossover payızda satışa çıxarılacaq

Yaponiyanın Honda brendi yenilənmiş Breeze krossoverinin satışının ilkin tarixini açıqlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, artıq bu ilin payızında yenilik Çin bazarında peyda olacaq. Öz növbəsində, istehsalçı, modelin yalnız ÇXR bazarı üçün hazırlandığını qeyd edib. Avtomobili CR-V-dən LED optik, unikal bamperlər, həmçinin dəyişdirilmiş kapot xətti ilə fərqləndirmək mümkündür. Radiator barmaqlığı da stilini dəyişib.

Yapon krossoverinin kapotunun altında 1,5 litr benzinlə təchiz edilmiş, gücü 193 at gücü olan mühərrik quraşdırılıb. Model 6 pilləli mexaniki ötürmə qutusu və müxtəlif komplektasiyalarda mərhələsiz avtomatla təklif olunur. Krossover dizaynı ilə GAC və Honda birgə müəssisəsi məşğul olur. Yeniliyin qiyməti 168 min yuan təşkil edəcək.

(adsgarden = window.adsgarden || []).push({});