Şimali Kiprin qapalı Maraş bölgəsi qapılarını açır


Dünya 30 Avq 2019 07:55:00 245 0

Şimali Kiprin qapalı Maraş bölgəsi qapılarını açır

Şimali Kiprin Maraş bölgəsi insan həyat üçün açıq elan ediləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Bildirilir ki, Türkiyənin ədliyyə naziri Abdulhamit Gül bölgəyə səfər edərək burada dağılmış təsərrüfatın vəziyyətini nəzərdən keçirib.

Qeyd edək ki, Marş Bölgəsi Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib. O dövrdə təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyə olunub. 1974-cü ildən insan həyat üçün qapalı olan bölgənin təsərrüfatı tamamilə dağılıb. "Xəyallar şəhəri" adı ilə bütün dünyada məşhur olan Maraş qədim türklərin "Cənnət adası" saydıqları Kiprin ən dilbər guşələrindən biri kimi şöhrətli olub.