İran sanksiyalar siyahısını genişləndirəcək


Digərləri 30 Avq 2019 00:24:28 206 0

İran sanksiyalar siyahısını genişləndirəcək

İran ABŞ-ın Demokratiyanı Dəstək Fonduna qarşı sanksiyalar siyahısını genişləndirəcək.

Bakı. Elnur Bağışov - İran ABŞ-ın Demokratiyanı Dəstək Fonduna qarşı sanksiyalar siyahısını genişləndirəcək. Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib. A.Musəvinin sözlərinə görə, qanuna əsasən Demokratiyanı Dəstək Fondu ilə əməkdaşlıq edən şəxslərin ilk qrupu sanksiyalar siyahısına əlavə olunacaq. İranlı rəsmi qeyd edib ki, ilk siyahıda bu fondun İran xalqına qarşı sanksiyaların tətbiq olunması ilə bağlı addımlarında təsiri olan müxtəlif millətlərdən şəxslər var.