Qadın bezlərinin təhlükəli tərəfləri


Digərləri 29 Avq 2019 23:55:00 224 0

Qadın bezlərinin təhlükəli tərəfləri

Hesablamalara görə, bir qadın bütün həyatı boyu təxminən 12 mindən çox bez və ya tampon istifadə edir. Bəs fasiləsiz olaraq, bu bezlərdən istifadə etmək nə qədər doğrudur?

Səhiyyə təşkilatlarının araşdırmasına görə, bezlərdə kanserogen (xərçəng əmələ gətirən kimyəvi maddə) maddələr mövcuddur. Bu isə artıq sağlamlıq üçün təhlükə deməkdir. Bundan başqa, qadınların menstrual tsikl dövründə və gündəlik istifadə etdikləri bezlərə əlavə olaraq, rəng, ətir və dioksin maddələr də əlavə edilir. Bunlar isə qadının bədəni tərəfindən çox tez və asanlıqla sorularaq qana keçir.

Bildirildiyinə görə, sözügedən bezlərdə plastik maddələr belə mövcuddur. Belə maddələr, əsasən, bezlərin yapışqanlı hissəsində olur. Bu isə hamilələr üçün xüsusilə təhlükəlidir. Həkimlər bildirir ki, gündəlik bezlər hamilələrdə embrion inkişafına ciddi təhlükə yarada bilər. Çünki bədən bu plastik maddələr səbəbindən normal nəfəs ala bilmir.

Qadın bezlərinin eyni zamanda göbələk infeksiyasına yol aça bildiyi vurğulanır.

Bezlərdən düzgün istifadə etməməyin də fəsadları var. Belə ki, bezlər gün ərzində 1-2 saatdan bir dəyişdirilməlidir. Ətirli bezlərdən isə istifadə etmək olmaz. Güclü həssaslığı olan qadınların, ümumiyyətlə, gündəlik bez və tampon istifadə etməsi məsləhət deyil. Çalışmaq lazımdır ki, təbii materiallardan istifadə olunsun və tez-tez dəyişdirilsin. Tərkibində neylon miqdarı çox olan bezlərin istifadəsi daha zərərlidir. Neylon səviyyəsi artdıqca infeksiya riski də artır.

Bundan başqa, bezlərin istifadəsi vacibdirsə, onları dəyişərkən əlləri daha diqqətlə yumaq lazımdır. Çünki həmin bezlərdə xeyli infeksiya toplanır.

(adsgarden = window.adsgarden || []).push({});