Ukraynanın yeni hökumətinin tam tərkibi təsdiqlənib


Dünya 29 Avq 2019 23:43:00 264 0

Ukraynanın yeni hökumətinin tam tərkibi təsdiqlənib

Ukrayna Ali Radası bu gün keçirilən iclasında Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, deputatlardan 281 nəfər yeni hökumətin lehinə səs verib.

Yeni hökumətə daxildir:

Dmitriy Kuleba - Ukraynanın Avropa və Avroatlantiq inteqrasiyası üzrə Baş Nazirin müavini

Mixail Fedorov - rəqəmsal transformasiyası üzrə Baş Nazirin müavini

Timofey Milovanov - İqtisadiyyat, ticarət və kənd təsərrüfatı inkişafı naziri

Oksana Markarova - maliyyə naziri

Aleksey Orjel - Enerji və ətraf mühitin qorunması naziri

Vladislav Krikliy - İnfrastruktura naziri

Alena Babak - Ukraynanın əraziləri və icmaları naziri

Anna Novosad - Elm və təhsil naziri