Kişilər ağrılara qadınlardan daha kəskin reaksiya verirlər


Digərləri 29 Avq 2019 23:35:00 236 0

Kişilər ağrılara qadınlardan daha kəskin reaksiya verirlər

Kişilər qadınlara nisbətən təkrar ağrıya daha şiddətli reaksiya verirlər. Buna səbəb kişilərin əvvəlki ağrını yadda saxlamasıdır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu Toronto və Makgill universitetlərinin alimləri sübut ediblər.

Alimlər siçanlar və könüllü insanlar üzərində bir sıra eksperiment aparıblar. Kişilərin bədəninə yüngül yanıq xəsarəti yetirib, sonra isə ağrını 100 ballıq sistemlə dəyərləndirmək təklif olunub. Siçanlara gəlincə, onların ağrını hiss etməsi yanan əşyadan necə sürətlə uzaqlaşmaları əsasında müəyyənləşib.

Bir gün sonra sınaq təkrar olunub. Eyni şərtlərlə aparılan sınaqda kişilər daha çox ağrı hiss etdiklərini deyiblər. Oxşar vəziyyət erkək siçanlarda da qeydə alınıb (yanan əşyadan sürətlə uzaqlaşma prinsipi).

Alimlər belə qərara gəliblər ki, bu, kişilərin əvvəlki ağrını yaddaşlarında saxlamasından və onu gözləməsindən irəli gəlir. Siçanlara əvvəlki ağrını unutduran maddə vurulduqdan sonra, onların hiperhəssaslığı itir.

(adsgarden = window.adsgarden || []).push({});