Anjioqrafiya və stent haqda bilmədiklərimiz


Digərləri 29 Avq 2019 23:15:00 220 0

Anjioqrafiya və stent haqda bilmədiklərimiz

Ürək-damar xəstəliklərinin çox geniş yayılması və ölümə səbəb olan problemlər arasında birinci yeri tutması səbəbindən bu xəstəliklərin profilaktikası, diaqnostikası, müalicəsi ilə əlaqədar hər şey aktualdır.

Vaxtilə kardiologiya ilə bağlı ancaq mütəxəssislərinin dilindən eşidilən xüsusi terminlərin bu gün sadə əhali səviyyəsində çox işlədilməsi də bundan irəli gəlir. Bu gün demək olar hamıya məlumdur ki, ürək müayinəsi on illər əvvəl olduğu kimi təkcə kardioqramla yekunlaşmır. Hətta heç bir savadı olmayan insanlar da həkimə gedəndə ürəyinin Exo, hətta anjio edilməsini tələb edilər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, son illər anjioqrafiya və stent sözləri az qala dilimizin əzbərinə çevrilib. Bunun əsas səbəbi isə təbii ki, anjio müayinəsi aparılan və ürək damarlarına stent taxılanların sayının kəskin artmasıdır.

Bəs nədir anjioqrafiya və stent?

Anjioqrafiya - "angeion" - damar və "grapho" sözlərinin birləşməsindən əmələ gəlib, damarların rentgenoloji müayinəsidir. Bu müayinə damarların vəziyyəti, orada olan pozulmaları daha dəqiq qiymətləndirməyə imkan verir. Angioqrafiyanın özünün də müxtəlif növləri var. Ürək damarlarının anjioqrafiyası, əsasən, tez-tez təngnəfəslik və ürək nahiyəsində ağrıları olan, ürək damarların daralması şübhəsi olanlara təyin edilir.

Aparılan dərman müalicələrinə baxmayaraq, şikayətlər davam etdiyi halda ürək damarlarında hər hansı problemin olduğuna şübhə varsa, o zaman anjioqrafiya müayinəsi aparılır.

Angioqrafiyadan əvvəl xəstənin bəzi müayinələrdən keçməsi vacib sayılır. Çünki anjioqrafiya müayinəsi üçün bir sıra əks-göstəriş də var. İltihabi və infeksion xəstəliklər, ağır böyrək xəstəlikləri və s. zamanı bu müayinənin aparılması məqsədəuyğun sayılmır.

Ürək damarların anjioqrafiyası xəstənin qol, yaxud bud nahiyəsinə xüsusi kateter yeridilməsi ilə icra olunur. Müayinə zamanı xəstəyə narkoz verilmir, yerli ağrısızlaşdırma ilə keçirilir.

(adsgarden = window.adsgarden || []).push({});