Ərdoğan edam cəzasının bərpası ehtimalını istisna etməyib


Digərləri 29 Avq 2019 23:00:00 214 0

Ərdoğan edam cəzasının bərpası ehtimalını istisna etməyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə edam cəzasının bərpa olunmasının mümkünlüyünü istisna etməyib.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə edam cəzasının bərpa olunmasının mümkünlüyünü istisna etməyib. Trend-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan bildirib ki, ölkə parlamenti ölüm hökmünün bərpası barədə qərar qəbul edərsə, bunu təsdiqləyəcək. Qeyd edək ki, bundan əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü və sədr müavini Mahir Ünal ölkədə pedofillərə edam cəzasının tətbiq edilməsini, habelə onların kastrasiyasını (axtalanma) nəzərdən keçirdiklərini bildirmişdi. Onun sözlərinə görə, Türkiyədəki uşaqların müdafiəsi ən yüksək səviyyədə təmin ediləcək. Hakim partiya sədrinin müavini pedofillərin edam edilməsi və kastrasiya məsələlərinin bir daha parlamentdə müzakirə olunacağını da qeyd edib. Xatırladaq ki, məsələ 9 aprel 2018-ci ildə Türkiyə parlamentində müzakirə edilib və bununla bağlı qanun layihəsinin qəbul ediləcəyi gözlənilirdi.