Virtual asılılıq yeni "xəstəlik"


Digərləri 29 Avq 2019 22:45:00 241 0

Virtual asılılıq  yeni "xəstəlik"

Texnologiyanın insan həyatına sürətli girişindən sonra yaranan yeni "xəstəlik"lərdəndir internet asılılığı. Bu asılılıq 3 dərəcədə mövcuddur.

1. Patoloji internet istifadəsi

2. Hədsiz internet istifadəsi

3. Zərərli internet istifadəsi

İnternet asılılığı olan şəxs internetdə "oturmaq" hissinin qarşısını ala bilmir, internetsiz zamanın boş keçdiyini düşünür. Belə şəxslər uzun müddət internetsiz qaldıqda, iş və şəxsi həyatlarında müəyyən problemlər yaranır, hədsiz əsəbi və gərgin olurlar.

Son.az e-tibb.az-a istinadən bildirir ki, internet asılılığı kişilərdə qadınlara nisbətən daha çoxdur. Kişilər qadınlara nisbətən 2-3 dəfə çox "xəstələnə" bilirlər. İnternet asılılığı ən çox 16-18 yaş arasında olan şəxslərdə müşahidə olunur. Bu riski daşıyanlar əsasən gənclər və tələbələrdir.

İnternet asılılığının əsas səbəbləri kimi aşağıdakılar göstərilir:

- İnsanların internetdə vaxt məhdudiyyətinin olmaması

- Günün istənilən saatında istifadə imkanı

- Özlərini istədikləri kimi tanıtmaq imkanı

- Fikirlərini anonim olaraq paylaşmaq imkanı

- Dünyanın hər yerindən insanlarla tanışlıq imkanı

- Özləri ilə eyni maraqları bölüşən insanlarla tanışlıq imkanı

- Başqaları ilə ünsiyyət üçün minimum vaxt və xərc tələbi

(adsgarden = window.adsgarden || []).push({});