Nəyə görə asqıranda ağızburunu sıxmaq olmaz? –


Digərləri 29 Avq 2019 22:13:00 300 0

Nəyə görə asqıranda ağızburunu sıxmaq olmaz? –

Cəmiyyət içində təbii refleks olan asqırma zamanı etiket naminə əllə ağzı və burnu tutmaq mədəni hərəkətdir. Bəzən  insanlar utandığından möhkəmdən asqırdıqlarını bildiyi üçün bu zaman ətrafdakılar görməsin deyə burnunu möhkəm sıxır.

Həkimlər bu hərəkətin qətiyyən yolverilməz olduğunu bildirir. Son.az medicina.az-a istinadən bildirir ki, insan çox zaman allergik reaksiyalar səbəbindən və zökəm, qrip zamanı asqırır. Belə ki, qaranlıq mühitdən günəşə çıxdıqda gözün torlu qişasına gün şüası düşdükdə, asqırma mexanizmi işə düşə bilir. Məhz bu səbəbdən asqırma təhlükəli ola bilər. Ona görə allergik və infeksion səbəbdən gələn refleksi süni olara qsaxlamaq, geri qaytarmaq olmaz, onlar mütləq bədəndən çıxmalıdır.

Ağzı və burunu sıxaraq asqırma zamanı hansı fəsadlar ola bilər?

Birincisi, asqırarkən ağzı və burnu sıxıb tutub saxlamaq qulaqlarda problem yarada bilər. Belə ki, asqırarkən ağızdan çıxan hava axının sürəti 120m/s çata bilər. Bu zaman ağzı və burnu tutanda, bu havanın təzyiqindən selik və su eşitmə borularına düşə bilər. Nəticədə qulaq borusunun iltihabı baş verir. Eləcə geriyə düşən təzyiqdən mikroblar alın, haymor ciblərinə, torlu labirintə düşür.

Nəticədə sinusit, haymorit, frontit, sfenoidit kimi iltihabi proseslərə zəmin yaranır. Üçüncü neqativ təsir asqırmağı daxilə yönəltmək, yəni səssiz asqırmaq kəllədaxili təzyiqi qaldıra bilər.

(adsgarden = window.adsgarden || []).push({});