Yastıpəncəlik müalicə olunmamalıdır?


Digərləri 29 Avq 2019 22:15:00 225 0

Yastıpəncəlik müalicə olunmamalıdır?

Uşaqlarda yastıpəncəlik ən geniş yayılan hallardan biridir. Mütəxəssislər hesab edir ki, bu, azyaşlılarda dayaq-hərəkət sistemi problemləri arasında ən geniş yayılan patologiyadır. Bu halda pəncə deformasiya olunur və ayağın altı bütünlükdə yerə toxunur. Yastıpəncəlik əslində nədir? Necə müalicə olunur? Bütün hallarda müalicə olunmalıdırmı?

Son.az e-tibb.az-a istinadən bununla bağlı ortoped-travmatoloq, uzman həkim Rəşad Zeynalovun fikirlərini təqdim edir.

Həkim bildirib ki, uşaq ayağına basarkən düz, oturarkən və ya barmaq ucunda ikən ayağın iç əyriliyi görülürsə, buna yumşaq yastıpəncəlik deyilir. Bu vəziyyət çox ailələri gileyləndirir. Halbuki belə uşaqların əksəriyyəti normal və problemsiz böyüyürlər.

Yumşaq yastıpəncəlikdə ayaq ağrısız olur, uşaq ara verməyərək rahat yeriyir və idmanla məşğul ola bilir. Müəyyən vaxtdan sonra cərrahiyyə əməliyyatı və ya digər müalicə tələb etmədən düzəlirlər. Yumşaq yastıpəncəlikdə əzələ funksiyaları və oynaq hərəkətləri normal olur.

Ortoped qeyd edib ki, sümük və bağların xüsusiyyət və gərginlikləri ayağın uzunluğu boyunca iç qismində topuq və barmaqlar arasında qövs əmələ gətirir. Bu qövs körpələrdə yoxdur və uşaq böyüdükcə formalaşır. Normal körpə ayaqlarında 3 yaşa qədər iç qövs altında olan artıq yağ toxuması ayaqlara yastıpəncə görüntüsü verir və bu hal valideynləri həddindən artıq narahat edir. Yumşaq yastıpəncəli uşaqlarda daban qövsü inkişafı 5-7 yaşına qədər davam edir. Yastıpəncəlik həddi-buluğ yaşına qədər davam etdikdə ayaqda ağrılar ola bilər. Bu vəziyyətdə həkimə müraciət etmək lazımdır.

Onun sözlərinə görə, bu tip yastıpəncəliyin həddi-buluğ çağına qədər müalicəsi yoxdur. Bu vəziyyətdə olan ailələr lazımsız yerə çoxlu həkimə müraciət edirlər, ortopedik ayaqqabılar və dabanlıqlar alaraq pul və vaxt itirirlər.

(adsgarden = window.adsgarden || []).push({});