"Qarabağ" "Linfild"ə qalib gəldi - 2:1


Digərləri 29 Avq 2019 21:53:00 233 0

"Qarabağ" "Linfild"ə qalib gəldi - 2:1

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" Şimali İrlandiya təmsilçisi "Linfild"lə qarşılaşıb

Bakı. UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" Şimali İrlandiya təmsilçisi "Linfild"lə qarşılaşıb. Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi 2:1 hesabla qalib gəlib. Bununla da "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə çıxır. Qeyd edək ki, "Qarabağ" indiyədək dörd dəfə Avropa Liqasının, bir dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. Avropa Liqası Pley-off mərhələsinin cavab oyunu