Yeriməsi pozulan gəncin onurğa kanalından iki şiş çıxarılıb


Digərləri 29 Avq 2019 21:45:00 216 0

Yeriməsi pozulan gəncin onurğa kanalından iki şiş çıxarılıb

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) uğurlu neyrocərrahiyyə əməliyyatlarından sonra gənc sağlamlığına qovuşub.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatında bildirilir ki, 2011-ci ildə, xarici ölkədə pasiyentin 19 yaşı olarkən onurğa kanalında yerləşmiş 2 ədəd törəmədən yuxarıda yerləşəni çıxarılsa da, aşağıda yerləşən törəməyə toxunulmayıb.

Yeddi il sonra - 2018-ci ildə belində şiddətli ağrı, yerimənin və çanaq orqanlarının ləngimə tipli pozulması səbəbi ilə müraciət edən xəstənin MRT müayinəsində yuxarıda yer alan törəmənin təkrar inkişaf etməsi, aşağıda isə dəfələrlə böyüməsi aşkar edilib. Uzandıqda ağrıların ciddi artması səbəbi ilə xəstə oturaraq yatmaq məcburiyyətində qalıb.

Conus medullaris (aşağı ətraflara və çanaq orqanlarına gedən sinirlərin çıxdığı onurğa beyninin terminal hissəsi) onurğa beyninin həssas hissəsidir və bu nahiyənin əməliyyatları risklidir, təkrar əməliyyatlar isə daha da təhlükəlidir.

(adsgarden = window.adsgarden || []).push({});