İnsultu qabaqcadan müəyyən edən


Digərləri 29 Avq 2019 21:15:00 195 0

İnsultu qabaqcadan müəyyən edən

Son məlumatlara görə, il ərzində 100 min əhali arasında 200-300-ə yaxın insultla xəstələnmə halı baş verir. İnsult əhali arasında ən çox yayılan və ani ölümə səbəb olan təhlükəli problemlərdən biridir.

Mütəxəssislər bildirir ki, insult keçirən xəstələrin 30 faizi ilk ay ərzində həyatını itirir,  digər 30 faiz əlil olur, qalan xəstələr isə müalicə ilə əmək fəaliyyətini bərpa edə bilirlər.

Amma insult əvvəlcədən özünü bir sıra əlamətlərlə büruzə verir. Həkimlər həmin əlamətlərə əsasən insultun qarşını almağın mümkün olduğunu vurğulayırlar.

Respublika Müalicəvi Diaqnostika Mərkəzi insultdan dəqiq şübhələnməyə imkan verən  test barədə məlumat açıqlayıb.

E-tibb.az həmin testi təqdim edir:  

Xəstədən hər iki əlini yuxarı qaldırmağı xahiş edin. İnsult zamanı əllərdən birini yuxarı qaldırmaq mümkün olmur.

(adsgarden = window.adsgarden || []).push({});