Dünyada ilk dəmirion akkumulyatoru hazırlanıb


Digərləri 29 Avq 2019 21:17:00 195 0

Dünyada ilk dəmirion akkumulyatoru hazırlanıb

Mədrəs Hindistan Texnologiya İnstitutundan olan fiziklər qrupu dəmir xloratdan hazırlanmış elektrolitlər vasitəsilə cərəyan keçirən dünyada ilk dəmir-ion akkumulyatoru hazırlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, dəmir-ion akkumulyatorları klassik litium-ion batareyalarına bənzər şəkildə işlənib hazırlanıb.

Alimlər iddia edirlər ki, bu tip akkumulyatorlar nəzəri cəhətdən batareyaların istehsal dəyərini azaltmağa, həmçinin onların tutumunu artırmağa imkan verəcək. Sınaqlar zamanı tədqiqatçılar batareyanın sıxlığını yalnız 220 vt-saat/kq-dək çatdıra biliblər. Litium-ion batareyalarda bu göstərici 350 vt-saat/kq təşkil edir.

Bildirilir ki, dəmir litium-ion batareyalarda müşahidə olunan dendritlərin yaranmasına gətirib çıxartmır. Bu isə yeni tip akkumulyatorlarla işləyən qurğuların təhlükəsizliyini maksimum dərəcədə qorumağa imkan verəcək.

(adsgarden = window.adsgarden || []).push({});