Peyvənd lazımdırmı?


Digərləri 29 Avq 2019 20:45:00 233 0

Peyvənd lazımdırmı?

Bütün dünyada peyvəndlərin yoluxucu xəstəliklər və onların fəsadlarını aradan qaldıran vasitə olduğu fikri hakimdir.

İmmunoprofilaktika - yoluxucu xəstəliklərə qarşı müdafiə metodudur, əhalinin sağlamlığı və sanitariya-epidemioloji salamatlığının qorunması məqsədilə həyata keçirilir.

Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə immunoprofilaktika tədbirlərinin görülməsi, peyvəndlər vurulmasının tarixi bir neçə əsr əvvələ gedib çıxır. Dünyada ilk peyvənd 18-ci əsrin sonlarında - 1796-cı il mayın 14-də tətbiq olunub. İngilis həkim Edvard Cenner (Edward Anthony Jenner) tərəfindən çiçək əleyhinə vaksin hazırlanıb. O, ilk dəfə 8 yaşlı Ceyms Fipps (James Phipps) üzərində sınaq aparıb. Çiçəyə yoluxan inəyin süd vəzisinin qovuqcuğundan maye götürən həkim onu oğlanın əlinə, dəri altına yeridib. Peyvənddən bir neçə gün sonra oğlanda yüngül qızdırma və baş ağrısı müşahidə olunub. Uşaqda sonradan xarakterik çiçək yarası, heç bir xəstəlik əlaməti müşahidə edilməyib.

Bununla da ingilis həkim vaksin yaradıcısı kimi tarixə düşüb. Bundan sonra  Londonda çiçək peyvəndi məntəqələri açılıb. E. Cennerə Londonun fəxri vətəndaşı adı verilib, bu üsuldan digər ölkələr də yararlanmağa başlayıb.

Sonralar dəhşətli epidemiyaların qarşısı peyvəndləmə ilə alınmağa başlayıb. İki əsr sonra, 20-ci əsrin sonlarına yaxın çiçək xəstəliyinin peyvənd nəticəsində tamamilə aradan qalxıb, 1978-ci ildən xəstəliyə qarşı immunlaşdırma prosesi dayandırılıb.

Hazırda dünyanın 180 ölkəsində immunlaşdırma proqramı həyata keçirilir.

Vaksinasiya proqramı Ümumdünya Səhiyyə Təşkilatının rəyi, nəzarəti altında icra olunur.

Azərbaycanda peyvəndləmə Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə tənzimlənir, Milli peyvənd təqviminə əsasən aparılır. Milli peyvənd təqvimi profilaktiki peyvəndlərin aparılması müddətini və ardıcıllığını təyin edir.

Ölkəyə 9 adda vaksin gətirilir. Dövlət tibb müəssisələrində peyvəndlər pulsuzdur.

Yoluxucu xəstəliklərə qarşı immunitetin yaradılması üçün müxtəlif immunobioloji preparatlardan (vaksinlər, anatoksinlər və s.) istifadə olunur. Ölkədə istifadə edilən bütün peyvənd materialları Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir və təhlükəsiz hesab olunur.

(adsgarden = window.adsgarden || []).push({});