İsveçrə şirkətləri Azərbaycanın qeyrineft sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər
Digərləri 29 Avq 2019 20:46:00 193 0
İsveçrə şirkətləri Azərbaycanda qeyri-neft sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər.
Son.az bildirir ki, bunu Trend-ə İsveçrə İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyindən (SECO) bildiriblər.
SECO-ya görə, İsveçrə şirkətlərinin infrastruktur və nəqliyyat sahəsində zəngin təcrübəsi Azərbaycanın tranzit mərkəzi kimi inkişafına mühüm töhfə verə bilər.
Dövlət Katibliyi, həmçinin İsveçrə ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə inkişafı üçün geniş potensialın olduğunu qeyd edib:
"2018-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 237 milyon İsveçrə frankı təşkil edib. Bundan əlavə, uzunmüddətli texniki və iqtisadi əməkdaşlıq sayəsində ölkələr arasında əlaqələr möhkəmlənir. Bu gün İsveçrə şirkətlərinə texniki dəstək - dövlət maliyyə idarəçiliyindən makroiqtisadi modelləşdirməyə qədər - mürəkkəb makroiqtisadi islahatlara yönəlmişdir. İsveçrə, eyni zamanda Azərbaycanda maliyyə sektorunun inkişafının uzunmüddətli tərəfdarıdır".