Məşhur “Beryozka” Bakıda konsert verəcək


Şou-biznes 29 Avq 2019 20:47:00 194 0

Məşhur “Beryozka” Bakıda konsert verəcək

Oktyabrın 11-də Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycanda Mədəniyyət Günləri çərçivəsində Nadejda Nadejdinoy adına dünyaca məşhur, əfsanəvi "Beryozka" Dövlət Akademik Xoreoqrafiya Ansamblının konserti olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, konsertdə "Beryozka" ansamblı tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edəcək. Tamaşaçılar "Beryozka" ansamblının ifasında Nadejda Nadejdinoy və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.