Hamama getmək kimlərə məsləhət görülmür?


Digərləri 29 Avq 2019 20:25:00 232 0

Hamama getmək kimlərə məsləhət görülmür?

Hamam - əylənmək, istirahət etmək, sağlamlığının qeydinə qalmaq istəyənlərin, əsasən də kişilərin üz tutduğu məkanlardan biridir.

Hamam prosedurları orqanizmi tonusda saxlamağa kömək edir, qan dövranını, dərinin vəziyyətini yaxşılaşdırır, hipertoniya, infarkt və insult riskini azaldır.

Lakin alimlərin araşdırmalarına görə, hamama getmək heç də hamıya məsləhət deyil.

İtaliyanın Padova Universitetinin mütəxəssisləri bildirirlər ki, hamama getmək kişilərin reproduktiv fəallığına mənfi göstərir. Belə ki, hamamda olarkən xayalığın temperaturu 3-4 dərəcədə artır, bu da aktiv spermatozoidlərin sayını azaldır.

(adsgarden = window.adsgarden || []).push({});