Şəkər xəstəliyinin qarşısını alan qidalanma vərdişləri


Digərləri 29 Avq 2019 20:15:00 249 0

Şəkər xəstəliyinin qarşısını alan qidalanma vərdişləri

Şəkər xəstəliyinin yaranmasında əsas rol oynayan amillərdən biri də qidlanmadır. Düzgün qidalanma ilə şəkərli diabet riskinin qarşısını almaq olar. Bəs bu halda düzgün qidalanma dedikdə nə nəzərdə tutulur? Son.az e-tibb.az-a istinadən bildirir ki, həkim-endokrinoloq Sevda Qafarovanın sözlərinə görə, şəkər xəstəliyinin qarşısını alan qidalanma vərdişləri bunlardır:   Karbohidrat qrupundan olan qidaların istifadəsini azaldın. Ağ çörək yerinə kəpəkli və ya çovdar unundan hazırlanmış çörək yeyin. Nişastalı qidaları azaldın və ya yeməyin. Düyü plovundan uzaq olun. Mümkünsə, kəpəkli düyü istifadə edin. Bulğurun düyüdən daha yaxşı alternativ olduğunu unutmayın. Paxlalıları daha çox yeyin. Noxud, lobya, mərcimək kimi qidalar faydalıdır. Meyvə suları və qazlı içkilərdən uzaq olun. Bunların yerinə su, ayran için. Yağ olaraq bitki  yağı istifadə edin. Yağsız süd və süd məhsullarını, xüsusilə qatığı tez-tez istifadə edin. Lifli qidalar, meyvə, tərəvəz istifadəsini artırın. Fürsət olduqca təzə və rəngli meyvə, tərəvəz yeyin. Yeməklərinizi buxarda, sobada və ya közdə bişirin. Meyvələri qabıqlı yeyin. Tez-tez balıq yeyin. Şəkər və şəkərli qidalardan uzaq olun. Darçından daha çox faydalanın. Bol su için. Yemək zamanı tərəvəz salatı yeyin. Tez-tez və az-az yeyin. Spirtli içki istifadəsinə diqqət edin. Mümkünsə içməyin. Daha az duz istifadə edin. Son.az

(adsgarden = window.adsgarden || []).push({});