Mialgiyaəzələ ağrısı ən çox nədən yaranır?


Digərləri 29 Avq 2019 20:20:00 377 0

Mialgiyaəzələ ağrısı ən çox nədən yaranır?

Mialgiya əzələlərə toxunan zaman ağrı, ağrıyan yerin bərkiməsi, düyünləşmə, qalınlaşma ilə müşayiət olunan xəstəlikdir. Diffuz proseslərdə bütün əzələ ağrıyır və həmin hissədə başqa əzələlərdən fərqli olaraq bərkimə sahələri tapılır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu uzman fizioterapevt Sənan Cəfərov açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, mialgiya kəskin və xroniki infeksion xəstəliklərin çoxunda rast gəlinən bir simptomdur. Bu simptom özünü əzələlərdə ağrılarla biruzə verir. Mialgiyaya ən çox leptospiroz və brüselloz xəstəliklərində rast gəlinir. Xəstəlik zamanı bəzən əzələlərdə anatomik dəyişikliklər baş verdiyindən ağrının şiddəti daha da artır.

Mialgiya intoksikasiya, mikrosirkulyasiyanın pozulması zamanı da baş verir. İnfeksion xəstəliklərdən leptospiroz, brüselloz, toksoplazmoz, qarın yatalağı, paratiflər zamanı mialgiya yaranır.

Xəstəliyə diaqnoz qoymaq o qədər də çətinlik törətmir. Əzələlərə toxunmaq kifayət edər ki, mialgiya diaqnozu təsdiqlənsin.

(adsgarden = window.adsgarden || []).push({});