Cek Madan şok təklif:


Digərləri 29 Avq 2019 18:54:00 243 0

Cek Madan şok təklif:

İnsanlar gərək həftədə 12 saat işləsinlər, onların yerinə isə işlərin böyük hissəsini süni intellekt icra etməlidir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Süni İntellekt Konfransında çıxışı zamanı "Alibaba"nın təsisçisi Cek Ma deyib.

Onun sözlərinə görə, bu göstəriciyə texniki inkişaf və təhsil reformları ilə çatmaq mümkündür:

"Gələn 10-20 il ərzində hər insan, ölkə, hökumət təhsil sisteminin reformuna diqqətini yönəltməlidir ki, bizim uşaqlar həftədə 3 gün 4 saat işləyə biləcəkləri iş tapsınlar. Əgər biz öz təhsil sistemimizi dəyişməsək, problemlərimiz olacaq".

(adsgarden = window.adsgarden || []).push({});