Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq


Digərləri 29 Avq 2019 18:50:52 230 0

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Bakı. Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq. Trend-in məlumatına görə, Monakoda təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Püşkatma 32 komandanın iştirakı ilə keçiriləcək. Onlar 4 səbətə bölünüblər. İlk səbətdə Çempionlar Liqası və Avropa Liqasının son qalibləri, eləcə də yüksək reytinqli 6 ölkənin çempionları yer alıb. Digər 3 səbətə isə klublar reytinqlərinə əsasən bölünüblər. Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" sonuncu səbətə düşüb. Qaydalara əsasən, 8 qrupun heç birində eyni ölkənin iki komandası yer ala bilməz. 1-ci səbət: "Liverpul" (İngiltərə, son qalib), "Çelsi" (İngiltərə, Avropa Liqasının qalibi), "Barselona" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Yuventus" (İtaliya), "Bavariya" (Almaniya), PSJ (Fransa), "Zenit" (Rusiya) 2-ci səbət: "Real Madrid" (İspaniya), "Atletiko" (Madrid, İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Tottenhem" (İngiltərə), "Ayaks" (Hollandiya), "Benfika" (Portuqaliya)