600-dən yuxarı bal toplamış orta məktəb məzunları ilə görüş olub (FOTO)


Digərləri 29 Avq 2019 18:33:00 292 0

600-dən yuxarı bal  toplamış  orta məktəb məzunları ilə görüş olub (FOTO)

Millət vəkili orta məktəb məzunları ilə görüşüb.

Bakı. Xəzər rayonunun Şağan Mədəniyyət Mərkəzində yeni 2019-2020-ci tədris ilinin başlanması münasibətilə və ali məktəblərə imtahan verərək 600-dən çox bal toplamış orta məktəb məzunları ilə görüş keçirilib. Trend-in məlumatına görə, tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının I müavini Elşən Qurbanov, RİH Aparatının şöbə müdiri Gülbala Qurbanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, məktəb direktorları və ali məktəblərə daxil olan şagirdlər iştirak etmişdir. Tədbirə Dövlət Himninin səsləndirilməsi ilə başlanılmışdır. Tədbiri giriş sözü ilə Xəzər RİH başçısı Elşən Salahov açıq elan edərək yüksək balla ali məktəblərə daxil olan şagirdləri təbrik etdi və yeni tədris ilinin başlanması münasibətilə onlara müvəfəqiyyətlər arzuladı. Sonra öz çıxışları ilə millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatması münasibətilə tələbə adını qazanan məzunları, onların valideynlərini və bütün təhsil ictimaiyyətini təbrik etdilər. Millət vəkili Rauf Əliyev çıxışında qeyd etdi ki, bu il rayon üzrə ali məktəblərə sənəd verən 1310 abituriyentdən ümumilikdə 922 nəfər tələbə adını qazanmışdır ki, bu da sənəd verənlərin 70,3 %-ni təşkil edir. Bu çox yüksək nəticədir. Millət vəkili 600-dən çox bal toplayan və tələbə adını qazanan 49 tələbəni bu yüksək nəticələrə görə təbrik etdi və onlara təhsildə uğurlar arzu etdi. Tədbirin sonunda 49 nəfər 600 baldan yüksək bal toplayan şagirdlərə RİH-i adından hədiyyələr təqdim olunub.