Həftəbecər turşusu Usta öz sirlərini açır


Digərləri 29 Avq 2019 18:29:00 233 0

Həftəbecər turşusu  Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən sosial şəbəkədə "Xeyale Xalilova" adı ilə məşhur olan səhifənin hazırladığı həftəbecər turşunun resepti ilə tanış edir.

Tərkibi:

Bütün ərzaqlar zövqə görə götürülür. Yaşıl pomidor, turşuluq kələm, tikanlı xiyar , yerkökü, acı bibər, sarımsaq, şüyüd qurusu, dəfnə yarpağı, qara dənə istiot, duz, üzüm sirkəsi, yodsuz qaya duzu (kaya tuzu), şəkər tozu, limon duzu

Hazırlanma qaydası:

Bütün ərzaqları yuyuruq və suyu çəkiləndən sonra eyni ölçüdə doğrayırıq.

Sonra doğranılan ərzaqları balonlara düzürük. Ərzaqları balona sıra ilə düzmək lazımdır. Birinci xiyarı, sonra yerkökünü, pomidoru, kələmi, xiyarı və ədviyyatları əlavə edirik. Qeyd edək ki, bütün ərzaqları və ədviyyatları balona doldurarkən zövqə uyğun yığa bilərsiz. Sonra balona 6 stəkan su, limon duzu, sirkə, duz və şəkər tozu əlavə edib bağlayırıq.

(adsgarden = window.adsgarden || []).push({});