Tərtərdə əl qumbarası partladı,


Digərləri 29 Avq 2019 18:07:00 249 0

Tərtərdə əl qumbarası partladı,

Tərtər rayonunda hərbi sursat partlayıb. 

Son.az Redaktor.az-a istinadən xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Əl qumbarasının partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralı şəxslərin hələlik şəxsiyyəti məlum deyil

Faktla bağlı araşdırma aparılır.

Son.az