Horadizdə yeni subartezian quyuları qazılacaq


Digərləri 29 Avq 2019 18:02:00 236 0

Horadizdə yeni subartezian quyuları qazılacaq

Horadizin içməli su təchizatı infrastrukturunun yenidən qurulur.

Bakı. Horadizin içməli su təchizatı infrastrukturunun yenidən qurulur. "Azərsu"dan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncamına əsasən, 2019-cu ilin may ayında Horadiz şəhərində yeni layihənin icrasına başlanılıb. Layihəyə əsasən, ilkin mərhələdə Horadiz şəhərinin mərkəzi hissəsinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə 3 subartezian quyusu qazılması nəzərdə tutulub. Hazırda quyuların qazılması ilə paralel olaraq 100 kubmetr həcmində sutoplayıcı anbarın və nasos stansiyasının tikintisi davam etdirilir. Su mənbəyindən Horadiz şəhərinə qədər 2,6 km uzunluğunda magistral su xəttinin tikintisi yekunlaşıb. Şəhərin dayanıqlı su təchizatının aparılması məqsədilə ümumi tutumu 3000 kubmetr olan 2 ədəd su anbarı inşa olunacaq. Hazırda həcmi 1500 kubmetr olan birinci anbarın tikintisi davam etdirilir. Tikinti işlərinə başlanılan qısa müddət ərzində inşası nəzərdə tutulan 20 km su şəbəkəsinin 16 km-lik hissəsi inşa edilib, 1500 ünvandan 1000-ə qədəri yeni şəbəkəyə qoşulub. Yaxın vaxtlarda içməli su şəbəkəsinin inşası başa çatacaq və layihənin birinci mərhələsində 6 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.