Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Şimali Osetiya-Alaniya Respublikası arasında əməkdaşlıq memorandumu imzalanıb.


Digərləri 29 Avq 2019 16:46:00 189 0

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Şimali Osetiya-Alaniya Respublikası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bakı. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb. Konfederasiyadan Trend-ə verilən məlumata görə, memorandumu ASK adından vitse-prezident Vüqar Zeynalov və Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatasının prezidenti Kazbek Xazbiyeviç Tuqanov rəsmiləşdirib. Qeyd edək ki, hazırda Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatasının bir qrup üzvü Azərbaycanda biznes səfərindədirlər. Səfər çərçivəsində ASK-da görüş keçirən qonaqlar Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. K.Tuqanovun sözlərinə görə, Osetiya sahibkarlarının əməkdaşlıq etmək istədikləri ölkələr sırasında Azərbaycan öndədir: “Azərbaycan bizim qonşumuzdur və mental olaraq bir-birimizi tanıyırıq”.