Ağsuda dağlıq ərazidə yanğın başladı,


Digərləri 29 Avq 2019 16:04:00 220 0

Ağsuda dağlıq ərazidə yanğın başladı,

Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.

Son.az xəbər verir ki, Rayon Icra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Xanbulaq kəndi ərazisində baş verib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, yanğın Ağsu rayonu, Kalağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kosun yanması ilə başlayıb.