İş adamının keçmiş həyat yoldaşının məhkəməsi başladı


Kriminal 29 Avq 2019 15:34:00 338 0

İş adamının keçmiş həyat yoldaşının məhkəməsi başladı

Bakıda iş adamı Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Yusifovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlanıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 30-na təyin edilib.

Təyminə Yusifova Cinayət Məcəlləsinin 296.2-ci (bilə-bilə yalan xəbərçilik etmə, eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddəsi ilə ittiham edilir.

Məlumata görə, daha əvvəl Təyminə Yusifovanın şikayətindən sonra "Falçı Səkinə" adlı Səkinə İsmayılova həbs edilib və o, dələduzluqda təqsirli bilinib.

Təyminə Yusifova da həmin işdə zərərçəkmiş qismində tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səkinə İsmayılova bəraət alıb.

Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Daha sonra Səkinə İsmayılova Təyminə Yusifovanı məhkəməyə verib. O, Təyminə Yusifovanın bilə-bilə yalan xəbərçilik etmədə ittiham edib.