Qızına elçi gəldilər, əsəbindən arvadını döydü


Digərləri 29 Avq 2019 15:14:00 274 0

Qızına elçi gəldilər, əsəbindən arvadını döydü

Gəncədə döyülmə faktı qeydə alınıb.

Son.az baku.ws-yə istinadən xəbər verir ki, hadisə şəhərin Mehrabi 64 ünvanında qeydə allınıb.

1979-cu il təvəllüdlü Həmzəyeva Günay Məzahir qızı döyülüb.

Aparılan araşdırmaıar zamanı müəyyən edilib ki, qadına əri  tərəfindən xəsarət yetirilib.

Belə ki, ailənin qızına elçi gəlinib və bundan əsəbləşən ər 40 yaşlı həyat yoldaşını döyüb.

Qadının ağır kəllə beyin travması aldığı deyilir.

Artıq faktla bağlı polis tərəfindən araşdırmalara başlanılıb.