Xuraman ölkədən çıxa bilmədi


Şou-biznes 29 Avq 2019 14:44:00 232 0

Xuraman ölkədən çıxa bilmədi

Müğənni Xuraman Şuşalının başına iş gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, ailəsi ilə istirahətə getmək istəyən sənətçinin arzusu ürəyində qalıb. Belə ki, yola düşməyə hazırlaşan Şuşalı oğlunun pasportunun vaxtının bitməsi ilə əlaqədar geri qayıdıb.

"Yığışıb gedirsən, bir də baxırsan Abbasın pasportunun vaxtı bitib. Biz də Abbassız hara gedək. İstəyirdik bir az dincəlməyə gedək, alınmadı. Moskvaya gedəcəkdik" deyə, Xuraman söyləyib.

Qeyd edək ki, Elçin adlı şəxslə ailəli olan Xuramanın 3 övladı var.