Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi bu gün başa çatır


Digərləri 29 Avq 2019 14:54:00 285 0

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi bu gün başa çatır

Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçimi bu gün başa çatır.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək vakant yer seçib elektron ərizələrini təsdiq etməlidirlər.

İndiyədək 19 879 namizəd bu mərhələdə iştirak edib, onlardan 2 996 namizəd elektron ərizəsini təsdiqləyib.

Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən - vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.