Xəzərdə 4 nəfər boğuldu


Digərləri 29 Avq 2019 14:55:04 284 0

Xəzərdə 4 nəfər boğuldu

Bu gün yerli vaxtla saat 06:30-da İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizinin Mahmudabad sahillərində 4 nəfər boğulub.

Bakı. Elnur Bağışov - Bu gün yerli vaxtla saat 06:30-da İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizinin Mahmudabad sahillərində 4 nəfər boğulub. Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti xilasetmə və dalğıc idarə heyətinin rəhbəri Nəqi Kərimian deyib. N.Kərimianın sözlərinə görə, boğulanlardan biri itkin düşüb, biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.