Tolik: "Xumara elçi göndərmişəm, deyirəm, paraşütlə düşürüm, yolları bağlatdırım, razılaşmır"


Şou-biznes 29 Avq 2019 13:44:00 220 0

Tolik: "Xumara elçi göndərmişəm, deyirəm, paraşütlə düşürüm, yolları bağlatdırım, razılaşmır"

"Neçə dəfə Xumar xanıma elçi göndərmişəm, verilişimə gəlməyib. Deyirəm, Xumar xanım, sizi paraşütlə düşürüm, yolları bağlatdırım, razılaşmır".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) deyib. Məclislərin birinə qatılan Əməkdar artist Xumar Qədimova haqqında danışan Tolik müğənnini dəfələrlə "Hər şey daxil" verilişinə çağırdığını etiraf edib. Prodüser bildirib ki, Qədimova uzun müddətdir onun təklifini geri çevirir:

"Xumar xanım efirlərə az-az çıxır. Bu da insanın özünə güvənməyindəndir. Telekanallar tək Nanə Ağamalıyevanın verilişi ilə bitmir. Çox istəyərdim verilişimdə qonaq olasınız. İnsanlar elə düşünür ki, sizi dəvət etmirəm, amma dəfələrlə demişəm".

Qədimova isə Tolikin sözlərinə belə reaksiya verib:

"İnanmıram ki, kimsə, dəvət olunmuram deyə fikirləşsin. "Dəvət etmirəm" desən də, inanmazlar. Gözəl dedin ki, bu, özgüvəndən irəli gəlir.