Goranboyda 32 min əhalinin istifadə etdiyi yolun yenidən qurulması yekunlaşır (FOTO)


Digərləri 29 Avq 2019 13:47:27 207 0

Goranboyda 32 min əhalinin istifadə etdiyi yolun yenidən qurulması yekunlaşır (FOTO)

Goranboyda 32 min əhalinin istifadə etdiyi yolun yenidən qurulması yekunlaşır

Bakı. Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun Goranboy-Goran, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi avtomobil yolları, həmçinin Qazanbulaq kəndinin giriş yolunun yenidən qurulması işləri yekunlaşır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bunun 37,7 kilometrlik hissəsi III texniki dərəcəli, 2,3 kilometrlik hissəsi isə IV texniki dərəcəyə malikdir. Uzunluğu 13 kilometr olan Goran-Goranboy, 7,6 kilometr olan Goranboy-Tərtər, 15,1 kilometr olan Goranboy-Borsunlu və 2 kilometr olan Gürzallar-Rus Borisi hissəsi III texniki dərəcəli, uzunluğu 2,3 kilometr olan Qazanbulaq kəndinə giriş yolu isə IV texniki dərəcəlidir. Məlumata əsasən, aparılan yenidənqurma işləri çərçivəsində artıq Goran-Goranboy, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi və Qazanbulaq kəndinə giriş yolu hissələrində yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılaraq yekunlaşdırılıb. Yenidənqurma işləri çərçivəsində yollar 3-cü və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.