Porno videolar çəkib yayan şəxs Bakıda ələ keçdi


Kriminal 29 Avq 2019 13:24:00 378 0

Porno videolar çəkib yayan şəxs Bakıda ələ keçdi

Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinin əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində paytaxtda qadına ağır xəsarət yetirən şəxs saxlanılıb.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət avqustun 28-də, saat 14:10 radələrində, Mir Cəlal küçəsində, 56 nömrəli binanın qarşısında törədilib.  

Belə ki, 1980-cı il təvəllüdlü Məmmədova Günay Azad qızına qarın nahiyəsindən deşici bıçaq xəsarəti yetirilib. Zərərçəkən şəxs Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt üzrə Lənkəran rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Cavanşir Quli oğlu saxlanılıb.