Ukraynada yaşayış binası ÇÖKDÜ


Dünya 29 Avq 2019 13:14:00 254 0

Ukraynada yaşayış binası ÇÖKDÜ

Ukraynanın Lvov vilayətində 4 mərtəbəli binanın bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Son.az redaktor.az-a istinadən xəbər verir ki, həyatını itirənlər arasında uşaq və qadınlar da var. Onların cəsədləri bu gün səhər saatlarında dağıntılar altından çıxarılıb. 7 nəfər isə xilas edilib. Hadisə zamanı binada neçə nəfərin olduğu məlum deyil. Axtarışlar davam edir. Çöküntünün səbəbləri araşdırılır.

Qeyd edək ki, hadisə avqustun 27-dən 28-nə keçən gecə baş verib. Faciə ilə bağlı Droqobıç şəhərində iki günlük matəm elan edilib.

(adsgarden = window.adsgarden || []).push({});