Abşeronda azyaşlıya təcavüz edən gəncin məhkəməsi başladı


Kriminal 29 Avq 2019 13:19:00 351 0

Abşeronda azyaşlıya təcavüz edən gəncin məhkəməsi başladı

Abşeron rayonunda azyaşlı qıza təcavüz edən Samir Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra qapalı iclasda ifadə verən Samir Cavadov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib

Qeyd edək ki, Abşeron rayon sakini Samir Cavadovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Məlum olub ki, Samir Cavadov yaşadığı ərazidə qonuşlarının 14 yaşına çatmayan qızı Səidə Vəliyevaya (ad və soyad şərti verilib - red.) qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib.