Yeni S Pen ilə qələmlə idarə etmək azadlığını hiss et


Digərləri 29 Avq 2019 12:30:00 245 0

Yeni S Pen ilə qələmlə idarə etmək azadlığını hiss et

Son keçirilmiş Samsung Unpacked tədbiri bizlərə eyni anda bir neçə yeni cihaz təqdim etdi. Tədbir çərçivəsində yeni Galaxy Note10|10+ və S Pen stilusuna xüsusi diqqət ayrılmışdır. Belə ki, yeni "qələm" incə dizaynla işlənərək ucluğunun diametri 0.7 mm olub, 4096 dərəcə basılma gücünü təyin edə bilir. İndi S Pen uzaqdan idarə olunma və müxtəlif jestlərin təyin edilməsi funksiyalarını mənimsəmişdir. Buna misal olaraq sadəcə S Pen-i saat əqrəbi və ya əks istiqamətdə çevirərək çəkiliş bucağını dəyişmək, səhnəni iri planla qeydə almaq və ya bütün panoramı çəkmək olar.

Sözü güdən "qələmin" ən maraqlı xüsusiyyəti də odur ki, o, yalnız kameraları deyil, istənilən əlavələri də idarə edə bilir. Qeyd edilən fotoşəkilləri isə qalereyada S Pen-i sağa və sola çevirərək sıradakına dəyişdirə və ya öncədəkinə qayıda bilərsiniz. Qeyd edilən bu yeni uzaqdan idarə etmə funksiyası S Pen Air adlandırılır. Jestlər ilə idarə etmə S Pen-ə quraşdırılmış 3 ədəd sürət sensoru və 3 ədəd heroskopdan ibarət olan altı-oxlu cihaz sayəsində mümkün olmuşdur. Sürət sensoları hərəkətin tezliyi haqqında məlumat toplayır, heroskoplar isə əyilmə bucağını müəyyən edərək sadə hərəkətləri Galaxy Note10 idarə edən komandalara çevirirlər.

Adından məlum olunduğu kimi, S Pen "qələm" funksiyasını da yerinə yetirməyə qadirdir.  Belə ki, əl ilə yazılmış mətni təyin edərək stilus onu maşın yazısına çevirə bilir. Həmçinin, Samsung Notes əlavəsinin köməyi ilə S Pen-nin mürəkkəb rəngini seçə və xətt qalınlığını müəyyənləşdirərək öz istəklərinizə uyğun olaraq tənzimləyə və yaddaşda saxlaya bilərsiniz.

Yenilənmiş stilusun köməyi ilə siz asanlıqla cihaza yaxınlaşmadan təqdimatları idarə edə, musiqi səsini tənzimləyə bilərsiniz. Belə ki, "qələm" uzaqdan idarə etmə funksiyasını 10 m qədər olar məsafədən də icra etmək qabiliyyətinə malikdir. 

Qeyd edək ki, S Pen 10 saata qədər əlavə yükləmə tələb etmədən işləyə bilir, belə ki, stilus güclü litium-titanat akkumulyatoru ilə təchiz olunub. "Qələmi" yükləmək isə olduqca asandır, stilusu sadəcə Galaxy Note10 üzərində yerləşən xüsusi yuvaya yerləşdirməniz yetərlidir.

(adsgarden = window.adsgarden || []).push({});