Mədəniyyət və istirahət parkları Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarıldı


Digərləri 29 Avq 2019 11:59:00 280 0

Mədəniyyət və istirahət parkları Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarıldı

"Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Mədəniyyət Nazirliyinin strukturuna dəyişiklik edilib.

Mədəniyyət və istirahət parkları Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumların siyahısından çıxarılıb.