ETSN: Sıxılmış qazla işləyən avtomobillərin sayı artırılmalıdır


Digərləri 29 Avq 2019 11:29:00 225 0

ETSN: Sıxılmış qazla işləyən avtomobillərin sayı artırılmalıdır

Hazırda paytaxtda havanın çirklənməsinin 70%-dən çoxu avtonəqliyyatın payına düşür.

Bakı. İlhamə İsabalayeva - Hazırda paytaxtda havanın çirklənməsinin 70%-dən çoxu nəqliyyatın payına düşür. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, atmosfer havası ilə bağlı aparılan monitorinqlər göstərir ki, isti yay günlərində küləksiz, yüksək temperatur olan dövrlərdə atmosfer havasının çirklənməsi daha intensiv xarakter alır. Nazirlik rəsmisi qeyd edib ki, iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması da havanı çirkləndirən əsas amillərdəndir. Atmosfer havasının keyfiyyətinə təsir edən digər səbəblər isə təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara düzgün riayət edilməməsidir.