Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhərdən biri oldu


Digərləri 29 Avq 2019 11:19:00 214 0

Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhərdən biri oldu

Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhər siyahısında yer alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyi bu barədə məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti "Ynet" ölkənin "Amadeus" şirkətinə istinadən açıqlayıb.

Məlumata görə, İsrail vətəndaşlarının 2019-ci ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb.

Bakı 2018-ci ilə nisbətdə 29% artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşıb.

İlk 10-luğa, həmçinin Rusiyanın, Gürcüstanın, Bolqarıstanın, Kiprin və Yunanıstanın şəhərləri də daxil olub.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosu 2019-cu ilin əvvəlindən etibarən israilli turistləri hədəfləyən kampaniya həyata keçirir.

(adsgarden = window.adsgarden || []).push({});