İnsan gözündən daha üstün olan elektron linzalar hazırlanıb


Digərləri 29 Avq 2019 10:45:00 208 0

İnsan gözündən daha üstün olan elektron linzalar hazırlanıb

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt linzaların yaradılması texnologiyalarını birləşdirərək, obyektlərin şəkillərini insan gözünün gördüyü kimi çəkən yeni elektron linza hazırlayıblar.

Bakı. Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt linzaların yaradılması texnologiyalarını birləşdirərək, obyektlərin şəkillərini insan gözünün gördüyü kimi çəkən yeni elektron linza hazırlayıblar. Trend-in məlumatına görə, linza süni əzələlərin bərkidiliyi nazik, şəffaf dielektrik elastomerdən ibarətdir. Linza və əzələnin birgə qalınlığı 30 mk, qurğunun diametri təxminən 1 sm təşkil edir. Yeni linza kiçik ölçülü nanostrukturların köməyilə görünən işığın bütün spektrini bir nöqtədə toplaya bilir. Bu, ona eynilə insan gözündə olduğu kimi, real vaxt rejimində fokusu dəyişdirməyə imkan verir. O, bəzi aspektlər üzrə insan gözünü üstələyir. Məsələn, sözügedən linza astiqmatizmə düzəlişlər edə bilir ki, bu da insan gözü üçün əlçatmazdır.