Türkiyənin qərbində zəlzələ - İnsanlar təşvişə düşüb


Digərləri 29 Avq 2019 10:18:06 185 0

Türkiyənin qərbində zəlzələ - İnsanlar təşvişə düşüb

Türkiyənin qərbindəki Antalya əyalətinin Akseki şəhərində 3,5 bal gücündə zəlzələ baş verib.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin qərbindəki Antalya əyalətinin Akseki şəhərində 3,5 bal gücündə zəlzələ baş verib. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı altı kilometr dərinlikdə yerləşib. Titrəmələr qonşu əyalətlərdə də hiss olunub. Zəlzələnin yerli vaxtla 06:03-də baş verdiyi qeyd olunur. Xəsarət alan olmasa da, zəlzələ yerli əhali arasında təşvişə səbəb olub. Daha əvvəl Boğaziçi Universiteti Kandilli Zəlzələ Araşdırma İnstitutu və Rəsədxanası İstanbulda 7,5 bal gücündə bir zəlzələ olacağını proqnozlaşdırmışdı.