Saatlı, Hacıqabul, Şirvan və Bakının bəzi qəsəbələrində qaz olmayacaq


Digərləri 29 Avq 2019 09:48:23 211 0

Saatlı, Hacıqabul, Şirvan və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Bu gün səhər saat 08:00-dan Bakının Binəqədi rayonu, 6, 7, 8, 9-cu mikrorayonlarda, Rəsulzadə, Xutor və Biləcəri qəsəbəsinin bir hissəsində, Motodrom ərazisində qaz təchizatı dayandırılıb.

Bakı. Bu gün səhər saat 08:00-dan Bakının Binəqədi rayonu, 6, 7, 8, 9-cu mikrorayonlarda, Rəsulzadə, Xutor və Biləcəri qəsəbəsinin bir hissəsində, Motodrom ərazisində qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu müddət ərzində yeni çəkilmiş orta təzyiqli yeraltı qaz xəttinin mənbəyə birləşdirilməsi işləri aparılacaq. Saat 09:00-18:00-dək payız-qış mövsümünə nəzərdə tutulan təmir işlərinin aparılması ilə bağlı Saatlı rayonunun bir neçə kəndində də qaz verilişində fasilələr yaranacaq. Eləcə də saat 09:00-dan Hacıqabul və Şirvan şəhərlərinin bir qrup abonentinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu, Qaz İxrac İdarəsinin balansında olan “Astara-Qazıməmməd” magistral qaz kəmərində yeni quraşdırılmış ölçü qovşağının mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.