Bakıda 3 mərtəbəli binada yanğın olub


Digərləri 29 Avq 2019 09:19:00 195 0

Bakıda 3 mərtəbəli binada yanğın olub

Bakıda 3 mərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 22 m² olan 2 otaqlı mənzilin 1 otağının tavanı və ev əşyaları 16 m² sahədə yanıb, yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​